BAKI, 21 aprel. TELEQRAF
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola salınıb.
Teleqraf xəbər verir ki, 974 ton dizel yanacağı yüklü 16 ədəd vaqondan ibarət qatar Böyük Kəsik stansiyası istiqamətində yola düşüb.
Qeyd edək ki, indiyədək Azərbaycandan Ermənistana 7610 ton dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.
***
9:28
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndəriləcək.
Teleqraf xəbər verir ki, bu gün Azərbaycandan Ermənistana 16 vaqon dizel yanacağı ixrac olunacaq.
Neft məhsulları "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola salınacaq.