BAKI, 16 mart. TELEQRAF
Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin martın 1-nə vergi ödəyicilərinin ümumi sayı 4,9%, o cümlədən fiziki şəxslərin sayı 4,7%, hüquqi şəxslərin sayı 6,3 faiz artıb.
Dövlət Vergi Xidməti Teleqraf-a verilən məlumata görə, qeydiyyatda olan kommersiya qurumlarının sayı 206.250 təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 6,9% çoxdur.
2026-cı ilin fevral ayında 1.163 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 91,1%-i yerli investisiyalı, 8,9%-i isə xarici investisiyalıdır. Kommersiya qurumlarının 88%-i elektron qaydada qeydiyyata alınıb. 2026-cı ilin yanvar-fevral aylarında qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 97,4% təşkil edib.
Hesabat dövründə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92,1%- məhdud məsuliyyətli cəmiyyət formasında yaradılıb.
2025-ci ilin müvafiq dövrü ilə müqayisədə aktiv kommersiya qurumlarının sayı 7,4% artıb.