BAKI, 12 mart. TELEQRAF
Neft hasilatının azaldılması sazişində iştirak edən OPEC+ ölkələri 2026-cı ilin fevralında hasilatı gündəlik 530 min barel azaldıb. Bu da könüllü məhdudiyyətlər və kompensasiya da daxil olmaqla planlaşdırılan hasilatdan 90 min barel azdır.
Teleqraf xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin aylıq hesabatında yer alıb.
Agentliyin məlumatına görə, OPEC+ ölkələrinin razılaşma çərçivəsində hədəf hasilat səviyyəsi fevralda gündəlik 36,01 milyon barel təşkil edib. Faktiki istehsal isə gündəlik 35,92 milyon barelə çatıb. Bu, təxminən gündəlik 90.000 barel fərq deməkdir.
Fevralda Qazaxıstan gündəlik 460 min barel, İraq gündəlik 340 min barel, BƏƏ 230 min barel, Səudiyyə Ərəbistanı isə gündəlik 300 min barel əlavə neft hasil edib.
Rusiya icazə verilən istehsal səviyyəsindən gündəlik 1,02 milyon, Küveyt 40 min, Əlcəzair isə 10 min barel azalıb. Oman öz kvotasını yerinə yetirib.