BAKI, 12 mart. TELEQRAF
Beynəlxalq Enerji Agentliyi cari il üçün dünya üzrə gündəlik ortalama neft tələbatının artım tempi üzrə proqnozunu 200 min barel azaldıb.
Teleqraf qurumun aylıq hesabatına istinadən xəbər verir ki, agentlik əvvəlki açıqlamalarında bu il üçün neft tələbatının 850 min barel artaraq 104,87 mln. barel olacağını gözləyirdi.
Son hesabatda isə neft tələbatının 650 min barel artaraq 104,77 mln. barel/səviyyəsinə çatacağı bildirilir.