BAKI, 12 mart. TELEQRAF
Rusiyanın "Urals" xam neftinin qiyməti fevralın 27-dən martın 10-na qədər 17,35 dollar/barel bahalaşaraq 58,29 dollara çatıb.
Teleqraf xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin hesabatında qeyd edilib.
Bildirilir ki, dənizdə təxminən 12,2 milyon barel Rusiya nefti var və bunun təxminən 3,6 milyonu Hindistan sahilləri yaxınlığındadır. Hindistan ABŞ-dan 30 gün ərzində dənizdəki Rusiya neftini almaq üçün icazə alıb.
Qeyd edək ki, Yaxın Şərqdə münaqişə başlayandan bəri neftin qiyməti təxminən 20 dollar artaraq 92 dollara çatıb. Paralel olaraq, neft məhsullarının qiyməti də yüksəlib.