BAKI, 12 mart. TELEQRAF

Beynəlxalq Enerji Agentliyinin (BEA) indiyə qədər ən böyük neft ehtiyatını buraxmaq qərarını dəstəkləmək üçün Türkiyə milli qaz ehtiyatlarından 11,6 milyon barel neft istifadə edəcək.

Teleqraf xəbər verir ki, bu barədə enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib:

"Bu gün milli neft ehtiyatları komitəmizlə görüşdük və Beynəlxalq Enerji Agentliyinin (IEA) təşəbbüsünü dəstəkləmək üçün 400 milyon barel ehtiyatımızın 2,9%-ni azad etmək qərarına gəldik. Nefti 90 gün ərzində satışa çıxarılacaq".

Beynəlxalq Enerji Agentliyi (IEA) neftin 100 dollara yüksəlməsi səbəbindən 400 milyon barel neft ehtiyatını satışa çıxaracağını açıqlayıb.