BAKI, 11 mart. TELEQRAF

Ər-Riyad Hörmüz boğazını yan keçməklə qismən də olsa neft ixracını bərpa etmək üçün ölkənin şərqində yerləşən terminaldan istifadə etməyə qərar verib. 50 milyon barel neft Qırmızı dəniz sahilində yerləşən Yanbu limanına doğru göndərilib.

Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Məlumata görəHörmüz boğazını yan keçməyə çalışır.

Bundan əvvəl “Saudi Aramco” neft satışının tenderlər vasitəsilə aparılmasını təklif edib. Söhbət üç növ neftdən – “Arab Extra Light”, “Arab Heavy” və əsas marka sayılan “Arab Light”dan gedir.

“Reuters” mənbələrə istinadən yazır ki, “Saudi Aramco” alıcılardan neftin yüklənməsi ilə bağlı plan təqdim etmələrini istəyib. Bunlardan biri Hörmüz boğazı vasitəsilə çıxışı mümkün olan Fars körfəzindəki Ras-Tanura limanı, digəri isə Yanbu limanıdır. Lakin sonuncu liman vasitəsilə yalnız “Arab Light” markalı neftin yüklənməsi mümkündür.

Bundan əlavə, “Aramco” alıcılar üçün müraciətlərin təqdim olunma müddətini də cümə gününə qədər uzadıb. Adətən kvotaların bölüşdürülməsi hər ayın təxminən 10-u ətrafında həyata keçirilir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Hörmüz boğazı vasitəsilə daşınan xam neftin əsas təchizatçısıdır. 2025-ci ilin birinci rübünün məlumatlarına görə, Ər-Riyad gündəlik 5,29 milyon barel neft ixrac edib.

Martın 10-da Beynəlxalq Enerji Agentliyi bazarda sabitliyi təmin etmək məqsədilə 182 milyon bareldən çox ehtiyatdan azad olunmasını irəli sürüb.