BAKI, 11 mart. TELEQRAF
2026-cı ilin yanvar-fevral aylarında Naxçıvan Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 34,8 milyon manata yaxın vergi daxil olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 3,9% və ya 1,3 milyon manat çoxdur.
Bu barədə Teleqraf-a Dövlət Vergi Xidmətindən məlumat verilib.
Bildirilib ki, qeyri-dövlət sektorundan daxilolmalar 25,5 milyon manat təşkil edib. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 3,7 milyon manat və ya 16,9 faiz artıb.
Ödənilən vergilərin 73,4 faizi qeyri-dövlət sektorunun, 26,6 faizi isə dövlət sektorunun payına düşüb.
Bundan başqa, 2026-cı ilin yanvar-fevral aylarında Naxçıvanda işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz artaraq 676,8 min manata yaxın olub.