BAKI, 11 mart. TELEQRAF
Fevralda bank xidmətlərindən istifadə sahəsində müştəri şikayətləri üzrə "Bank BTB" ASC 3,36 şikayət indeksi ilə ən çox şikayət edilən banklardan biri kimi qırmızı zolaqda qərarlaşıb.
Mərkəzi Bankdan Teleqraf-a verilən məlumata görə, ən çox şikayət edilən digər bank isə "AFB Bank" ASC olub. Bank 2,95 şikayət indeksi ilə qırmızı zolaqda yer alıb.
Tənzimləyicinin hesabatına görə, "Azər-Türk Bank" ASC 2,78 şikayət indeksi ilə siyahının qırmızı zolağında yer alıb.