BAKI, 10 mart. TELEQRAF

Dövlət Turizm Agentliyi Cənubi Asiya və MDB ölkələrində 2026-cı il üçün təbliğat xidmətlərinin yerinə yetirilməsi xidmətlərinin satınalınmasına 1.2 milyon manat xərcləməyi planlaşdırıb.

Teleqraf xəbəe verir ki, qurum bununla bağlı tender elan edib.

Maraqlıdır ki, layihəyə Hindistanda təmsilçilik xidmətlərinin alınması və bu ölkədə yol şousunun (silsilə B2B tədbirlər) təşkili, eləcə də Pakistanda, Özbəkistan və Qazaxıstanda yol şousunun (silsilə B2B tədbirlər) təşkili daxildir.

Beləliklə, reklam və marketinq dəstəyi ilə bağlı 1,2 milyon manat cəmi 4 ölkə üçün nəzərdə tutulub.

Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2025-ci ildə Azərbaycan Respublikasına dünyanın 189 ölkəsindən 2570,2 min və ya əvvəlki illə müqayisədə 2,1 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bunun 4 faizi Qazaxıstan, 3,5 faizi Pakistan, 2,4 faizi Özbəkistan, 6,5 faizi Hindistanın payına düşüb.