BAKI, 10 mart. TELEQRAF
Kəlbəcərin Zar kəndində xarici su təchizatı, tullantı su şəbəkə və qurğuların tikintisinə 7 milyon 181 min 133 manat xərclənəcək.
Teleqraf xəbər verir ki, “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” publik hüquqi şəxs layihə çərçivəsində görüləcək işlərin reallaşdırılması üçün podradçı seçır.
Qeyd edək ki, martın 3-də bu yöndə keçirilən tender baş tutmayıb. Səbəb müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır.