BAKI, 10 mart. TELEQRAF
2026-cı ilin yanvar-fevral aylarında yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) vasitəsilə qeydə alınan dövriyyə 4 milyard 553,1 milyon manat olub ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 635,8 milyon manat, yaxud 16,2% çoxdur.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.
Bildirilib ki, indiyədək ölkə ərazisində 111.383 ədəd yeni nəsil NKA-lar quraşdırılıb.