BAKI, 1 fevral. TELEQRAF

Bu gün Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə yeni taxıl partiyası göndərilib.

Teleqraf xəbər verir ki, taxıl yüklü vaqonlar Biləcəri stansiyasından qəbul edilərək Ermənistana yola salınıb. Bu dəfəki partiya ümumilikdə 1746 ton təşkil edən 25 vaqondan ibarətdir.

Qeyd edək ki, indiyə qədər Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit yolla ümumilikdə 285 vaqon (təxminən 19 900 ton) taxıl məhsulu daşınıb.