BAKI, 27 yanvar. TELEQRAF
Avropanın yeraltı qaz anbarlarında ehtiyatların həcmi 45%-dən aşağı düşüb.
Teleqraf xəbər verir ki, bu barədə Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasının (Gas Infrastructure Europe) məlumatlarında qeyd olunub.
Bildirilib ki, yanvarın 25-nə anbarlardan çıxarılan qazın həcmi təxminən 692 milyon kubmetrə çatıb. Hazırda anbarlarda qalan həcm 50 milyard kubmetrdən azdır.
Soyuq hava şəraitində Avropada yanvar ayında qazın orta alış qiyməti hər 1 000 kubmetr üçün 398 dollar təşkil edib. Dekabrda bu rəqəm 334 dollar olub. Qiymətlər 2025-ci ilin yazından bəri ən yüksək səviyyəyə qalxıb.
Qeyd edək ki, anbarlardan qaz çıxarılmasının son mövsümü 2025-ci il martın 28-də başa çatıb. Bu zaman doluluq səviyyəsi 33,57% olub. Hazırda isə bu göstərici 44,95%-dir. Bir il əvvəl anbarların doluluq səviyyəsi 56,2% təşkil edirdi.
2025-ci il oktyabrın 13-də istilik mövsümünün başlamasından ötən müddətdə Aİ ölkələri anbarlardan təxminən 47 milyard kubmetr qaz çıxarıblar.