BAKI, 27 yanvar. TELEQRAF

2025-ci ildə Rusiya 41 milyon metrik ton buğda ixrac edərək dünyanın ən böyük buğda ixracatçısı mövqeyini qoruyub.

Teleqraf xəbər verir ki, bunu Dünya Taxıl və Paxlalılar Forumunda Rusiyanın kənd təsərrüfatı naziri Aksana Lut bildirib.

Nazirin sözlərinə görə, ötən il ümumilikdə 50 milyon metrik ton taxıl ixrac olunub ki, bunun 41 milyon tonu buğdanın payına düşüb. Bu göstərici Rusiyaya qlobal buğda ixracında birinci yeri saxlamağa imkan verib.

“2025-ci il üzrə məhsul həcminə əsasən, 2026-cı ildə ixrac potensialı 55 milyon ton səviyyəsində qiymətləndirilir. Buğda ixracının 78%-i Afrika və Yaxın Şərq ölkələrinin payına düşür”, - deyə nazir əlavə edib.

Qeyd edək ki, Rusiya Azərbaycanın əsas buğda tədarükçüsüdür. Ötən ilin yanvar-iyul aylarında Azərbaycana 20,6 milyon ABŞ dolları dəyərində buğda idxal edilib. 2024-cü il Azərbaycana idxal edilən 1 milyard 292 milyon ton buğdanın 90,2%-i Rusiyanın payına düşüb.