BAKI, 27 yanvar. TELEQRAF

Ötən il dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 135,3 milyon manat daxil olub.

Teleqraf Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 26,4 milyon manat və ya 24,2% çoxdur.

Ümumilikdə isə dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı illik büdcə proqnozunun icrası 123% həcmində təmin olunub.

Hesabat dövründə dövlət əmlakının özəlləşdirilməsi məqsədilə 58 hərrac təşkil edilib. Ümumilikdə hərraclarda iştirak etmək üçün 2.446 sifariş verilib. Hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 149 onlayn qoşulma olub. Hərraca çıxarılmış əmlaklar üzrə 644 elektron sifariş qəbul edilib.

2025-ci ildə investisiya müsabiqələri vasitəsilə özəlləşdirilmiş müəssisələrə 18,8 milyon manat sərmayə qoyulub, dövlət büdcəsinə 12,2 milyon manat ödənilib və həmin müəssisələrdə 622 yeni iş yeri yaradılıb.