BAKI, 27 yanvar. TELEQRAF
2025-ci ildə daşınmaz dövlət əmlakının icarəsindən ötən il dövlət büdcəsinə daxilolmalar 46,2 milyon manat təşkil edib.
Teleqraf Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 8,6 milyon manat və ya 23% çoxdur.
Ümumilikdə hesabat dövründə daşınmaz dövlət əmlakının icarəyə verilməsi ilə bağlı illik büdcə proqnozunun icrası 135.9 % həcmində təmin olunub. 2025-ci il ərzində 4.957 yeni icarə müqaviləsi bağlanılıb ki, bunun 621-i qeyri-yaşayış, 4.336-sı isə torpaq sahəsinə aiddir.