BAKI, 27 yanvar. TELEQRAF

2025-ci ildə Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində qızılın payı 38,2% olub.

Teleqraf xəbər verir ki, ümumilikdə Fondun investisiya portfelində 200 ton qızıl mövcuddur.

Qeyd edək ki, 2024-cü ilin sonuna Fondun investisiya portfelində qızılın payı 146,6 ton və ya 20.6% olub. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2025-ci ildə Fondun qızıl üzrə aktivləri 53,4 ton və ya 36,4% artıb.

Fonddan bildirilib ki, mərkəzi bankların alışları, mövcud qeyri-müəyyənliklər və geosiyasi risklər fonunda qızıl qiymətləri il ərzində kifayət qədər artım göstərərək tarixi maksimum səviyyələrə çatıb. Bununla da, ARDNF-nin qızıl altportfeli üzrə əhəmiyyətli büdcədənkənar gəlirlər formalaşıb.