BAKI, 27 yanvar. TELEQRAF
Ötən il Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə 14 milyard 481 milyon manat (proqnozla eyni) vəsait transfert edilib.
Teleqraf Fonda istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-dekabr aylarında icrası davam edən layihələrə 105,5 milyon manat yönəldilib.
O cümlədən, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 18,6 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın maliyyələşməsinə isə 86,9 milyon manat yönəldilib.
Sözügedən dövrdə ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 40,7 milyon manat təşkil edib.