BAKI, 27 yanvar. TELEQRAF
2025-ci ilin əvvəlinə Dövlət Neft Fondunun (ARDNF) aktivləri 60 milyard 31,4 milyon ABŞ dolları (102 milyard 53,3 milyon manat ) təşkil edib.
Teleqraf xəbər verir ki, 2025-ci ilin yanvar–dekabr ayları ərzində ARDNF-nin ümumi gəlirləri 37 milyard 594,4 milyon manat təşkil edib.
Hesabat dövründə Fondun büdcə gəlirləri 17 milyard 160,4 milyon manat, valyuta məzənnələrinin və qızıl qiymətinin dəyişməsindən yaranan fərq ilə bağlı büdcədənkənar gəlirləri isə 20 milyard 434 milyon manat olub. Büdcə xərcləri hesabat dövrü üzrə 14 milyard 627,2 milyon manat təşkil edib.
2025-ci ilin yanvar-dekabr ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 10 milyard 266,3 milyon manat olub.
Fondun mənfəət neftinin və qazın satışından gəlirləri 9 milyard 497 milyon manat, bonus ödənişləri və tranzit gəlirləri 765,7 milyon manat, akrhesabı ödənişlər 3,6 milyon manat təşkil edib.
Qeyd edək ki, sözügedən dövr ərzində ARDNF-yə AÇG yatağından 8 milyard 292,9 milyon manat, Şahdəniz yatağından (qaz və kondensat) isə 958,8 milyon manat məbləğində vəsait daxil olub.
Fondun vəsaitlərinin idarə olunması üzrə gəlirlilik 6.2% təşkil edib, nəticədə 6 milyard 894,1 milyon manat həcmində gəlir əldə edilib.