BAKI, 27 yanvar. TELEQRAF

Cənubi Koreya ABŞ tərəfindən rüsumların artırılması ilə bağlı heç bir rəsmi bildiriş almayıb. Bu, ABŞ Prezidenti Donald Trampın açıqlamalarına baxmayaraq baş verib.

Teleqraf xəbər verir ki, bu barədə "RIA Novosti" Cənubi Koreya prezident administrasiyasına istinadən məlumat yayıb.

Administrasiyada bildirilib ki, Ağ Ev Cənubi Koreya mallarına rüsumların artırılması ilə bağlı rəsmi xəbərdarlıq göndərməyib. Qeyd olunur ki, Trampın daha əvvəl səsləndirdiyi bəyanatlara baxmayaraq, rəsmi kanallar vasitəsilə heç bir sənəd daxil olmayıb.

Ticarət məhdudiyyətləri ilə bağlı səslənən hədələr fonunda Seul hakimiyyəti aidiyyəti qurumların iştirakı ilə təcili iclas keçirməyi planlaşdırır.

Xatırladaq ki, daha əvvəl Tramp Cənubi Koreyadan idxal olunan mallara tətbiq edilən rüsumların 15 faizdən 25 faizə qaldırıldığını elan etmişdi.