BAKI, 26 yanvar. TELEQRAF

"2025-ci ildə Azərbaycan və İsrail arasında ticarət dövriyyəsi 78 milyon ABŞ dollarına çatıb".

Teleqraf xəbər verir ki, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev bu gün Bakıda keçirilən Azərbaycan–İsrail biznes forumunda bildirib.

O qeyd edib ki, 2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycanın İsrailə qeyri-neft ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 27 faiz artaraq 16 milyon ABŞ dollarından təxminən 20,3 milyon ABŞ dollarına yüksəlib:

“İnvestisiyalara gəldikdə isə, qarşılıqlı investisiyaların həcmi təxminən 600 milyon ABŞ dolları təşkil edir”.