BAKI, 26 yanvar. TELEQRAF

Azərbaycan investorlar üçün vahid platforma rolunu oynayacaq yeni rəqəmsal informasiya sistemi — “Invest in Azerbaijan”ı istifadəyə verir.

Teleqraf xəbər verir ki, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev bu gün Bakıda keçirilən Azərbaycan–İsrail biznes forumunda bildirib.

O bildirib ki, AZPROMO Azərbaycan ixracının xarici bazarlarda təşviqi ilə də məşğuldur:

“İxrac missiyaları, beynəlxalq sərgilərdə birgə iştirak, bazar araşdırmaları və sertifikatlaşdırma dəstəyi də daxil olmaqla müxtəlif dəstək mexanizmləri vasitəsilə yerli istehsalçıların yeni bazarlara çıxmasına kömək edirik.

Bu gün keçirilən Azərbaycan–İsrail Biznes Forumu həmin dialoqu davam etdirir. Hər iki tərəfdən 110-dan çox şirkətin iştirakı tərəfdaşlığı real iqtisadi nəticələrə çevirmək istiqamətində ortaq öhdəliyimizi nümayiş etdirir”.