BAKI, 26 yanvar. TELEQRAF

Dünya Bankı ilə Azərbaycanın "yaşıl" iqtisadiyyata keçid təşəbbüslərinə potensial dəstək imkanları müzakirə edildi.

Teleqraf xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında qeyd edib.

O bildirib ki, Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunun infrastruktur üzrə regional direktoru Çarlz Kormier və Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays ilə görüşdə DB ilə ölkəmizin səmərəli əməkdaşlığı məmnunluqla vurğulanıb.

“Birgə reallaşdırılan layihələrin icra vəziyyətini dəyərləndirərək, şəhərsalma sektoru üzrə həyata keçirilən təşəbbüslər, Orta Dəhlizin regional perspektivlərini, şəhər mobilliyi, bərpa olunan enerji və "yaşıl" iqtisadiyyata keçid təşəbbüslərinə potensial dəstək imkanlarını nəzərdən keçirdik”, - deyə nazir vurğulayıb.