BAKI, 26 yanvar. TELEQRAF

Bakıda Azərbaycan-İsrail biznes forumu öz fəaliyyətinə başlayıb.

Teleqraf xəbər verir ki, forumda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və İsrailin xarici işlər naziri Gideon Saarın iştirak edir.

Forumun əvvəlində İsrail şirkətlərinin təqdimatları, eyni zamanda B2B, B2G görüşləri keçirilib.