BAKI, 26 yanvar. TELEQRAF

2025-ci ildə Bakı Metropoliteni üzrə daşınan gündəlik orta sərnişin sayı əvvəlki illə müqayisədə 1% azalıb.

Teleqraf xəbər verir ki, hesabat dövründə gündəlik 621 min sərnişin daşınıb.

Metro ilə sərnişindaşımanın azalmasının səbəbi “Həzi Aslanov” stansiyasında əsaslı təmir və yenidənqurma işlərinə başlanılması olub.