BAKI, 26 yanvar. TELEQRAF
2025-ci ildə 60 min israilli turist Azərbaycana səfər edib.
Teleqraf xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Gideon Saar Bakıda keçirilən Azərbaycan–İsrail biznes forumunda bildirib.
O deyib ki, bu göstərici əvvəlki illərlə müqayisədə ciddi artımdır və gələcəkdə bu rəqəmin daha da yüksəlməsi üçün böyük potensial mövcuddur.
Nazir İsrail vətəndaşlarını Azərbaycanı ziyarət etməyə, azərbaycanlıları isə İsrailə səfər etməyə çağırıb.
G.Saar Azərbaycanı yəhudilər və israillilər üçün təhlükəsiz və gözəl ölkə adlandıraraq, iki ölkə arasında insanlararası əlaqələrin daha da güclənəcəyinə inandığını bildirib.