BAKI, 26 yanvar. TELEQRAF
“Son üç ildə əlillik təyinatı səbəbləri arasında bədxassəli şişlər və sinir sistemi xəstəlikləri üstünlük təşkil edir”.
Teleqraf xəbər verir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev bunu mətbuat konfransında deyib.
O bildirib ki, son illər bu xəstəliklər əlillik təyinatı səbəbləri üzrə ilk üçlükdə yer alır.