BAKI, 26 yanvar. TELEQRAF

"Əməkdaşlığımızın mühüm sahələrindən biri enerji sektorudur. Azərbaycan İsrailin enerji təhlükəsizliyinin təminində etibarlı enerji tərəfdaşı olmaqla yanaşı, artıq İsrailin enerji sektorunda əhəmiyyətli investor kimi də çıxış edir".

Teleqraf xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Bakıda keçirilən Azərbaycan–İsrail biznes forumunda bildirib:

“SOCAR BP və “NewMed” şirkətləri ilə tərəfdaşlıq çərçivəsində İsrailin ekslüziv iqtisadi zonasında qaz kəşfiyyatı üzrə lisenziyalar əldə edib və kəşfiyyat mərhələsinin operatoru qismində fəaliyyət göstərir. Eyni zamanda, “Tamar” qaz yatağında 10 faiz payın əldə edilməsi bu tərəfdaşlığın daha da möhkəmləndiyini göstərir”.