BAKI, 26 yanvar. TELEQRAF

"İsrail Azərbaycanla investisiya və müdafiə sahəsində əməkdaşlığı genişləndirmək istəyir".

Teleqraf xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Gideon Saar Bakıda keçirilən Azərbaycan–İsrail biznes forumunda çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, İsrail və Azərbaycan qarşılıqlı investisiyaların və insanlararası əlaqələrin daha da artırılmasında maraqlıdır:

“Dünyada çoxlu ölkələrə səfər etsə də, ikitərəfli münasibətlərin bütün sahələr üzrə ardıcıl şəkildə gücləndiyi hallar nadir hallarda rast gəlinir”.

Gideon Saar vurğulayıb ki, bu dinamika gələcəkdə iki ölkənin birlikdə daha böyük nailiyyətlər əldə edəcəyinə əsas yaradır.

O, bu gün Azərbaycan Prezidenti ilə görüşdüyünü, həmçinin digər nazirlərlə də müzakirələr apardığını bildirərək, yüksək səviyyəli siyasi iradənin mövcud olduğunu diqqətə çatdırıb.