BAKI, 26 yanvar. TELEQRAF

Dövlət Gömrük Komitəsinin Akademiyasının Nizamnaməsində dəyişiklik edilib.

Teleqraf xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Sənədə əsasən, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 939 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının Nizamnaməsi”nə dəyişiklik edilib.

Dəyişiklik Akademiyanın Nizamnaməsinin 6.15-ci bəndinə aiddir. Belə ki, həmin bənddə “diplom” sözündən sonra “, həmçinin döş nişanı” sözləri əlavə olunub.