BAKI, 26 yanvar. TELEQRAF

"Azərbaycan İsrail biznesi üçün regiona açılan qapıdır".

Teleqraf xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar Bakıda keçirilən Azərbaycan–İsrail biznes forumunda bildirib.

Nazir qeyd edib ki, Azərbaycan İsrail biznesi üçün regiona, o cümlədən Asiya bazarlarına çıxış baxımından əsas qapı rolunu oynayır:

“Hazırda Bakı ilə Təl-Əviv arasında həftədə 20 birbaşa uçuş həyata keçirilir və bu rəqəm artmaqdadır”.

G.Saar “AZAL”ın son iki il ərzində birbaşa uçuşları davam etdirməsini yüksək qiymətləndirərək bunun ölkələr arasında qarşılıqlı etimadın göstəricisi olduğunu vurğulayıb.