BAKI, 26 yanvar. TELEQRAF
“Saxtakarlıq aşkar olunanda yumşaq mövqe sərgiləmirik. Mediada da yayıldığı kimi, saxta əlilliyə şərait yaradan xəstəxana rəhbərliyi və digər şəxslər məsuliyyətə cəlb olunurlar”.
Teleqraf xəbər verir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev bunu mətbuat konfransında deyib.
O bildirib ki, saxta əlillik pensiyalarının verilməsi ilə bağlı neqativ hallar müşahidə olunur.
“Ancaq əvvəlki illərlə müqayisədə bu hallar azalıb. Bunun əsas səbəbi elektron sistemlərin tətbiq olunmasıdır. Biz hər hansı diaqnozun şişirdilməsini də aşkar edə bilirik,” – Ramin Rzayev əlavə edib.