2026-cı ildən Dövlət Neft Fonduna (ARDNF) Türkiyədə yerləşən “STAR” Neft Emalı Zavodu (NEZ) layihəsi üzrə dividend ödəniləcək, lakin bu istiqamət üzrə vəsait proqnozlaşdırılmayıb.
Teleqraf xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun 2026-cı il büdcəsinin layihəsinə rəyində qeyd edilib.