BAKI, 8 yanvar. TELEQRAF

2025-ci ildə yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 28 milyard 162 milyon manat olub ki, bu da 2024-cü illə müqayisədə 3,6 milyard manat, yaxud 14,8 faiz çoxdur.

Bu barədə Teleqraf-a Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, indiyədək ölkə ərazisində 110.518 ədəd belə NKA quraşdırılıb.