BAKI, 3 sentyabr. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin Ukraynada insanların “küçə itləri” kimi toplanaraq zorla cəbhəyə göndərildiyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə o, Şərq İqtisadi Forumunun plenar iclasında danışıb.
“Hər gün televiziyada və internetdə Ukraynada insanların küçə itləri kimi necə toplanıb zorla cəbhəyə sürükləndiyini izləyirik”, - Putin qeyd edib.