BAKI, 7 yanvar. TELEQRAF

ABŞ neft şirkətlərinin gəlişindən sonra Venesuelanın neft hasilatı gündəlik yüz minlərlə barel arta bilər.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin energetika naziri Kris Rayt bildirib.

Onun sözlərinə görə, Venesuela "idarəetmə səhvlərindən sonra belə" gündəlik 900 min barel neft istehsal edir.

"Düşünürəm ki, qısa və orta müddətdə bir neçə yüz min barel əlavə istehsal təmin edə bilərik".