BAKI, 7 yanvar. TELEQRAF

Ukrayna Milli Bankı qrivnanın dollara olan rəsmi məzənnəsini növbəti dəfə bütün zamanların ən aşağı səviyyəsinə endirib.

Teleqraf Ukrayna mətbuatına istinadən xəbər verir ki, yanvarın 8-nə məzənnə 1 ABŞ dolları üçün 42,72 qrivna müəyyən edilib.

Qeyd edək ki, 2025-ci ilin noyabrında Ukrayna valyutası dollara qarşı ucuzlaşaraq 42,40 qrivnaya düşüb.

Ukrayna milli valyutası ilk dəfə 2025-ci ilin yanvar ayının əvvəlində bir dollar üçün 42 qrivnaya düşərək "psixoloji" həddi keçib. Lakin sonradan qrivna bir qədər bahalaşsa da oktyabr ayının sonlarından başlayaraq ucuzlaşmaqda davam edir.