BAKI, 6 yanvar. TELEQRAF
Mərkəzi Bank nəzarət tədbirləri çərçivəsində "AtaSığorta" ASC-yə inzibatçı təyin edib.
Tənzimləyicidən Teleqraf-a verilən məlumata görə, "AtaSığorta" ASC-yə maliyyə dayanıqlılığının müəyyən edilməsi və qorunması, həmçinin müvəqqəti idarəetmə ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş vəzifə və səlahiyyətlərin həyata keçirilməsi məqsədilə müvəqqəti inzibatçı təyin olunub.
Qeyd edək ki, müvəqqəti inzibatçı təyin olunduğu gündən sığortaçının idarə edilməsi ilə bağlı idarəetmə orqanlarının səlahiyyətləri dayandırılır və həmin səlahiyyətlər müvəqqəti inzibatçıya keçir.
Həyata keçirilən nəzarət tədbirləri sığorta xidmətləri istehlakçılarının və kreditorların hüquqları qorunması məqsədinə xidmət edir.