BAKI, 6 yanvar. TELEQRAF

2024-cü ildə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) xalis mənfəəti 3 dəfə azalıb.

Teleqraf qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, QSC 2024-cü ili 14 milyon 495 min manat xalis mənfəətlə başa vurub.

Şirkət 2023-cü ildə 43 milyon 685 min manat xalis mənfəət əldə etmişdi.

ASCO-nun əməliyyat zərəri 18 milyon 426 min manat təşkil edib. 2023-cü ildə şirkət 59 milyon 222 min manat əməliyyat mənfəəti əldə edib.

Qapalı səhmdar cəmiyyətinin maliyyə xərci 45,4% artıb. 2024-cü ilə şirkətin maliyyə xərci 17 milyon 626 min manat təşkil edib (2023-cü ildə 9 milyon 621 min manat).