BAKI, 5 yanvar. TELEQRAF

Dövlət Vergi Xidmətinin xətti ilə 2026-cı il üzrə dövlət büdcəsinə proqnozlaşdırılan daxilolmaların 78,7 faizi və ya
13 milyard 310 milyon manatı qeyri-neft-qaz sektorunun, 21,3 faizi və ya 3 milyard 600 milyon manatı
neft-qaz sektorunun payına düşür. Ümumilikdə Dövlət Vergi Xidmətinin xətti ilə 2026-cı il üzrə gəlirlərin ÜDM-ə nisbəti 12,6 faiz proqnozlaşdırılıb.

Maliyyə Nazirliyindən Teleqraf-a verilən məlumata görə, fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmalar 2 milyard 379,3 milyon manat, hüquqi şəxslərin mənfəət vergisi üzrə daxilolmalar 6 milyard 580 milyon manat nəzərdə tutulub.

Əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 4 milyard 466,3 milyon manat, sadələşdirilmiş vergi üzrə daxilolmalar 429 milyon manat, aksiz vergisi üzrə daxilolmalar 1 milyard 584 milyon manat, əmlak vergisi üzrə daxilolmalar 376 milyon manat, mədən vergisi üzrə daxilolmalar 151 milyon manat, torpaq vergisi üzrə daxilolmalar 47 milyon manat, dövlət rüsumu üzrə daxilolmalar -
362 milyon manat, yol vergisi üzrə daxilolmalar 334,4 milyon manat daxilolma proqnozlaşdırılıb.

Qeyd edək ki, 2025-ci ildə fiziki şəxslərin gəlir vergisi uzrə daxilmalar 1 milyard 989 milyon manat, hüquqi şəxslərin mənfəət vergisi uzrə daxolmalar 6 milyard 344 milyon manat, əlavə dəyər vergisi (EDV) üzrə daxolmalar 3 milyard 758,2 milyon manat,
sadələşdirilmiş vergi üzrə daxolmalar 405 milyon manat, aksizler üzrə daxolmalar 1 milyard 655,7 milyon manat, hüquqi şəxslərin əmlak vergisi üzrə daxolmalar 392,6 milyon manat, mədən vergisi üzrə daxilolmalar 160 milyon manat, hüquqi şəxslərin torpaq vergisi üzrə daxolmalar 46,7 milyon manat, dövlət rüsumu üzrə daxolmalar 390 milyon manat, yol vergisi üzrə daxolmalar 105,8 milyon manat olub.