BAKI, 5 yanvar. TELEQRAF

Gürcüstanın xalis investisiya mövqeyi üzrə kəsir ötən il ÜDM-in 87,7%-ni təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Milli Bankı məlumat yayıb.

Bildirilir ki, Gürcüstanın xalis beynəlxalq investisiya mövqeyi mənfidir və 32,3 milyard dollar təşkil edir.

2025-ci ilin üçüncü rübdə göstərici 648,6 milyon dollar yaxşılaşıb. Gürcüstanın xalis investisiya mövqeyi kəsiri son dörd rübdə ÜDM-in 87,7%-ni təşkil edib.