BAKI, 24 dekabr. TELEQRAF

“Bakı Metropoliteni” QSC 2024-cü ildə əmlak və avadanlıqların alınması və avans ödənişləri daxil olmaqla iki şirkətə 14 milyon 700 min manat ödəniş edib.

Teleqraf qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, müqavilələr yerli “Evrascon” ASC və Avstriyanın "Traktionssysteme Austria" MMC şirkətləri ilə bağlanıb.

“Evrascon” şirkətinə 8 milyon 907 min manat, “Traktionssysteme Austria” MMC-yə isə 4 milyon 822 min manat ödənilib.

Qeyd edək ki, Metropoliten ötən il 1 milyon 146 min manat məbləğində qısamüddətli avans verib, 153 min manat isə qabaqcadan ödənilmiş xərclər təşkil edib.