BAKI, 22 noyabr. TELEQRAF
Dünya bazarlarında ticarət əməliyyatlarının gedişində Azərbaycan neftinin qiyməti ucuzlaşıb.
Teleqraf xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin dəyəri 1.74 faiz və ya 1.18 dollar ucuzlaşaraq 66.51 ABŞ dollarına bərabər olub.
Qeyd edək ki, cari ilin dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dolları səviyyəsində götürülüb.