BAKI, 15 noyabr. TELEQRAF

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda əvvəlki ilin müvafiq dövrünə nisbətən çay istehsalında 7,2% azalma olub.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Cari ildə ölkədə 9 milyon 632 min ton çay istehsal edilib. Noyabrın 1-nə olan hazır məhsul ehtiyatı isə 82,8 ton təşkil edib.