BAKI, 15 oktyabr. TELEQRAF
2025-ci ilin oktyabrında sentyabr ayı ilə müqayisədə fərdi yaşayış evləri üzrə ən çox bahalaşma Yasamal rayonunda olub.
Bu barədə Teleqraf-a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı ekspert Vüqar Oruc bildirib.
Onun sözlərinə görə, Yasamalda yerləşən fərdi yaşayış evləri 3% bahalaşıb.
Nərimanov, Nəsimi və Xətaidə rayonlarında da fərdi evlərin dəyəri artıb. Nərimanovda fərdi yaşayış evləri 2,7%, Nəsimi və Xətaidə isə müvafiq olaraq 2,5% və 2,1% bahalaşıb.
Səbaildə 2%, Sabunçuda 1,8%, Binəqədidə 1,7%, Suraxanıda isə 1,5%-lik bahalaşma olub.
Sentyabr ayı ilə müqayisədə ən aşağı bahalaşma Pirallahı, Xəzər və Qaradağ rayonlarında qeydə alınıb. Pirallahıda fərdi yaşayış evlərinin qiyməti 1,2%, Xəzərdə 1,1%, Qaradağda isə 0,9% artıb.