BAKI, 15 noyabr. TELEQRAF

ABŞ "Serbiya Neft Sənayesi"nə (NIS) tətbiq olunan sanksiyaların götürülməsi üçün şirkətdəki Rusiya payının çıxarılmasını tələb edib.

Teleqraf xəbər verir ki, bu barədə Serbiya Energetika Nazirliyi məlumat yayıb.

Qurumun açıqlamasına görə, ABŞ tərəfi sanksiyaların ləğvi üçün Rusiyanın şirkətdəki iştirakının tam dayandırılmasını şərt kimi irəli sürüb.

Qeyd edək ki, 2025-ci ilin yanvarında keçmiş ABŞ Prezidenti Co Bayden administrasiyası NIS şirkətinə qarşı sanksiyalar tətbiq edib və məhdudiyyətlər oktyabrın əvvəlində qüvvəyə minib.