BAKI, 15 oktyabr. TELEQRAF

Bakıda daşınmaz əmlak və torpaq bazarı üzrə qiymətlərdə artım olub.

Bu barədə Teleqraf-a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı ekspert Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, 2025-ci ilin oktyabrında ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 sot torpaq sahəsinin qiyməti sentyabr ilə müqayisədə 3,4% yüksəlib.

Qeyri-yaşayış obyektləri isə 2% bahalaşıb.

Paytaxtda yeni tikili mənzillərdə bahalaşma 1,9%, köhnə tikili mənzillərdə isə 0,7% olub. 2000-ci illərin əvvəllərində tikilmiş binalarda 1,5 %, ən yeni tikililərdə isə 2,3 % artım qeydə alınıb.

Qeyd edək ki, ötən ay Bakı şəhərində fərdi yaşayış evləri 1,1% bahalaşıb. Təməl (katlavan) mərhələsində olan binalarda isə 3% bahalaşma olub.