BAKI, 14 noyabr. TELEQRAF
2025-ci il oktyabr ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 9.3% artaraq milli valyuta ekvivalentində 31041,8 milyon manat təşkil edib.
Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ümumi kredit portfelinin 25747,6 milyon manatı uzunmüddətli kreditlər olub.
Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 1,7 faizini təşkil edib. Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2025-ci il oktyabr ayının 1-nə 15794,8 milyon manat olub.