BAKI, 14 noyabr. TELEQRAF

Rusiyanın neft şirkəti "Lukoil" xarici aktivlərin satışı ilə bağlı bir neçə potensial alıcı ilə danışıqlar aparır.

Teleqraf TASS-a istinadən xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb.

Şirkətdən bildirilib ki, konkret satış barədə məlumat yalnız yekun razılaşmalar əldə olunduqdan və müvafiq icazələr alındıqdan sonra açıqlanacaq.

Xatırladaq ki, ABŞ-nin son sanksiyaları Rusiyanın neft nəhəngləri – "Lukoil" və "Rosneft"i hədəf alıb.